AzizA

AzizA Mətbəx 3-04-2026, 15:30

Mal ətini necə düzgün bişirməli – yumşaq və şirəli nəticənin sirləri

Mal ətini necə düzgün bişirməli – yumşaq və şirəli nəticənin sirləri

Mal əti həm qidalı, həm də zülal baxımından zəngin məhsul hesab olunur. Lakin onu düzgün bişirmədikdə sərt və quru ola bilər. Loading.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər mal ətinin yumşaq və dadlı alınması üçün vacib qaydaları açıqlayıblar.

Ətin bişirilməsindən əvvəl düzgün hazırlanması əsas şərtdir. Dondurulmuş ət tədricən, tercihen soyuducuda əridilməlidir ki, şirəsi liflərdə qalsın. Bişirmə zamanı isə ət əvvəlcədən qaynar suya əlavə olunur və üzərində yaranan köpük mütləq yığılır. Daha sonra ocaq zəif rejimə keçirilir və ət 1,5–2,5 saat ərzində asta-asta bişirilir. Bu üsul həm ətin yumşaq qalmasına, həm də bulyonun şəffaf olmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, bişmə müddəti ətin növündən və ölçüsündən asılıdır: gənc ət təxminən 1 saata hazır olur, daha sərt ət isə 3 saata qədər bişirilə bilər. Hazır olduqdan sonra əti dərhal çıxarmaq əvəzinə bir müddət bulyonun içində saxlamaq onun daha şirəli qalmasına şərait yaradır. Bu qaydalara əməl etməklə həm dadlı, həm də faydalı yemək hazırlamaq mümkündür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
130 157 121 162 146 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.