ice berg

ice berg İdman 4-04-2026, 20:03

“Mançester Siti” “Liverpul”u darmadağın edib finala çıxdı

“Mançester Siti” “Liverpul”u darmadağın edib finala çıxdı

“Mançester Siti” İngiltərə Kubokunun 1/4 finalında öz meydanında “Liverpul”u 4:0 hesabı ilə məğlub edib.

 

Loading.aZ xəbər verir ki, “şəhərlilər”in heyətində het-trikə Erlinq Haaland imza atıb. Norveçli hücumçu 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 45-ci və 57-ci dəqiqələrdə qol vurub.

 

Digər qolu isə 50-ci dəqiqədə Antoine Semenyo vurub.

 

64-cü dəqiqədə “Liverpul” hesab fərqini azaltmaq imkanı qazansa da, Məhəmməd Salah penaltini dəqiq yerinə yetirə bilməyib.

 

Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun ilk yarımfinalçısı olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 158 164 154 160 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.