cabir

cabir İdman 5-04-2026, 13:10

Neymar 2026-cı il dünya çempionatında oynayacaq?

Neymar 2026-cı il dünya çempionatında oynayacaq?

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil.       Sun.Az -ın xəbərinə görə, bu barədə "Globo"nun jurnalisti Andre Loffredo məlumat verib.        

"Ançelotti Neymarı dünya çempionatına çağırmaq barəsində heç düşünmür də. Bu onun planlarına daxil deyil, belə bir istəyi yoxdur. O, Neymar ətrafındakı bu səs-küyü başa düşmür.

Onun heyətə daxil edilməsi ilə bağlı çağırışlar əsaslıdır. Bu onun əvvəlki illərdəki performansı ilə, artıq çoxdandır Neymarı görmək gözləntiləri ilə bağlıdır. Lakin Ançelotti son ayların oyununu qiymətləndirir və Neymarın bu dövrdə göstərdiyi performansı onun heyətə düşməsinə imkan verməyəcək", - deyə jurnalist bildirib.

34 yaşlı hücumçunun hesabında hazırkı Braziliya çempionatının üç oyununda üç qol və bir məhsuldar ötürmə var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 141 115 171 155 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.