ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 6-04-2026, 11:01

Cibində balaca pulun olanda.......

Cibində balaca pulun olanda.......

Cibində balaca pulun olanda.......

Cibində balaca pulun olanda, 
Dost, tanış öz yerin sırasın alır,
Məclisdə keflənib gözün dolanda,
Yadlarda adamın qadasın alır.

Bir ocaq yananda, bir ocaq sönür, 
Həyatın dəyişir, həyatın çönür,
Qohumlar adamın başına dönür,
Yaltaqlar öz rəngin, boyasın alır,

Var, dövlət insanın sonuna çıxır,
Ürəklər incidib, ürəklər sıxır,
Pul, para çoxunun evini yıxır,
Ananın əlindən balasın alır.

Bu dünya çatılmış qaşına baxmaz,
Ağarmış saçına, başına baxmaz,
Cavansan, qocasan yaşına baxmaz,
Gələndə cavanın, qocasın alır.

Gün gəlir günahlar yaxana çökür,
Aldığın ahları gözündən tökür,
Axırda bir parça kəfənə bükür,
O torpaq adamın havasın alır.


Müəllif Ruslan İsmayıl


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
132 148 147 144 142 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.