AzizA

AzizA Məşhurlar 9-04-2026, 11:30

Öləndən sonra mahnılarımı yaşadın – Serdar Ortac

Öləndən sonra mahnılarımı yaşadın – Serdar Ortac

Məşhur müğənni Serdar Ortaç etdiyi açıqlama ilə sevənlərini duyğulandırıb.

Loading.az xarici mediaya istinadla məlumat verir ki, uzun illərdir MS (dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan sənətçi, səhhətinə eyham vuraraq pərəstişkarlarına səslənib:

“Yaxında ölüb gedəcəyəm. Mənə söz verin, öləndə bu mahnıları yaşadın. Bunlara mən sağ ikən klip çəkmədilər, geniş kütlələrə çatdırmadılar. Hamı batmağım üçün əlindən gələni etdi, amma 35 ildir hələ də ayaqdayam”.

1970-ci il fevralın 16-da İstanbulda anadan olan Serdar Ortaç, türk pop musiqi sənətçisi, mahnı müəllifi və bəstəkarıdır. O, 1994-cü ildə çıxan "Karabiberim" albomu ilə böyük uğurlar qazanaraq, türk pop musiqisinin ən əhəmiyyətli adlarından birinə çevrilib.

Karyerası boyunca Ortaç çoxsaylı hit mahnılar yazıb və səhnə performansları və çıxışları ilə tez-tez xəbər başlıqlarına çıxıb. Uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən sənətçi musiqi fəaliyyətini davam etdirir.

Sevda Rumi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 195 164 155 175 190

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.