AzizA

AzizA Şeirlər 9-04-2026, 21:30

Sənin üçün darıxmışam

Sənin üçün darıxmışam

Sənin üçün darıxmışam...
Gözlərinə baxmaq üçün...
Əllərini sıxmaq üçün,darıxmışam...
Ötənləri göz önünə gətirdikcə,
Heç kəs üçün deyil təkcə,sənin üçün darıxmışam...
Başını sinəmə qoyub, 

Olanlardan,keçənlərdən,gülüb-danışmağln üçün, Küsüb-barışmağın üçün, 
Kiçik narazılıqlardan,doğan dava-dalaş üçün,
O qorxu,o təlaş üçün,
Hər dəfə ayrılan zaman,
Qapıdan çıxmamış məni,tutub-saxlamağın üçün, Susub-ağlamagın üçün darıxmışam...
Sənə o an,möhkəm-möhkəm sarılaraq,
Gülmək üçün darıxmışam...
Göz yaşını silmək üçün darıxmışam...
Sən uzaqda olan zaman,
Gözüm yaşla dolan zaman,
Sənə məktub yazmaq üçün darıxmışam...

Fikirlərin cıgırında azmaq üçün darıxmışam... Darıxmışam... Yenə bu gün darıxmışam... 
Səninlə bir yaşadıgım hər şey üçün darıxmışam....
İndi yenə uzaqdasan....
Neçə aydı,neçə ildi?! 

O əvvəlki gedişlərin,bu qədər uzun deyildi... 
Sənin üçün darıxmışam...
Gözlərinə baxmaq üçün...
Əllərini sıxmaq üçün,darıxmışam...
Ötənləri göz önünə gətirdikcə,
Heç kəs üçün deyil təkcə,sənin üçün darıxmışam...
Geri qayıtmagın üçün, Darıxmışam....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 197 206 181 176 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.