Danışdım SUS dedilər.....
Danışdım SUS dedilər...susdum cavab gözlədilər..
Ağladım GüL dedilər.. güldüm kefli deyə səsləndilər..
SEV dedilər hər kəsi sev.
Qırdılar ürəyimi bağışla dedilər.. bağışladım təkrar təkrar incitdilər..
Mənimsə bir tək sözümə arxa çevirdilər..
Həyatın qaydası bu yanılacaqsan kədərlənəcəksən dedilər..
Amma heç dərd etmədilər həmişə dedilər ..
Buraxmadılar,mən də deyim içimdəki acını,əzabı,incikliyi..
Həmişə dedilər amma dinləmədilər..
Baxmadılar
Mənsə həmişə susdum .. Susdum.. Susdum..
Bu gün isə artıq danışacaq sözüm yox..
Deyəcək sözüm, quracaq cümləm, qoyacaq nöqtəm qalmadı ..
Nə var nə yox boğazımda düyünlənildi ..
Kimsəni qırmadım, üzmədim..
Amma geriyə dönüb baxdığımda mən o qədər qırılmışdım ki...
Acı bir gülümsəmə qaldı keçmişimdən gələcəyimə..
Redaktə etdi:Meley0001






