ice berg

ice berg Kitablardan sitatlar 12-04-2026, 23:00

amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?

amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?
Əgər istəyirsən ki, sənə hörmət etsinlər, əvvəl özün özünə hörmət elə.
Fyodor Dostoyevski, Alçaldılmış və Təhqir Edilmiş İnsanlar

Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.
Erich Maria Remarque, Zəfər Tağı
Bəlkə də əsl sevgi budur. Qarşiliq gözləmədən ,əsas da peşmançiliq çəkmədən bağişlamaği öyrənmək.Boz səhifələri silib təzə al-əlvan səhifələr yazmaq .Sevgi hər şeyin yaxşi nəticələnməsi üçün mübarizə aparmaqdir.
Marc Levy, Qadın & Kişi

Cəsarət və mehribanlıq nadir halda bir qadında cəmləşir.
Judith McNaught, Sənsizlik

Başqalarına qarşı elə davran ki, özünə qarşı eyni münasibəti görəndə inciməyəsən.
Nigel Warburton, Fəlsəfənin Qısa Tarixi

Sənə gedən yolları yadda saxlamaqda mənə kömək et ki, bir ömür keçdikdən sonra yenə yanına gələ bilim.
Elçin Səfərli, Mənə Dənizdən Danış

Bəzən bizi boğan, nəfəsimizi kəsən bir şey bir də görürsən xilaskarımıza çevrilir, elə su kimi, od kimi..
Nadir Qocabəyli, Mona Lizanın Təbəssümü

...şəxsən mənim qəlbimə insanları ittiham etmək deyil, müdafiə etmək daha çox yatır!
Stefan Zweig, Bir Kadının Yaşamından 24 Saat

Mən özüm də sənin kimi ədəbiyyatla məşğul olmaq istəyirəm, doğrusu, dostum, bu cür həyat cansıxıcıdır, mənəvi bir qida da lazımdır.
Nikolay Gogol, Müfəttiş

«Vəzifən nə qədər yüksəkdirsə, xidmətin bir o qədər ciddidir. Şəxsiyyətin nə qədər güclüdürsə, özbaşınalıq bir o qədər qəbahətlidir.»
Hermann Hesse, Muncuq Oyunu
“Qadınlarda elə bir hal olur ki, heç kəs onları incitməsə də, heç bir bədbəxtlik üz verməsə də, bəzən onlar incimək və bədbəxt olmaq ehtiyacını hiss edirlər”.
Fyodor Dostoyevski, Alçaldılmış və Təhqir Edilmiş İnsanlar

Fədakarlığın əsl adı təmənnasızlıqdır.
Victor Hugo, Səfillər



Tanrı heç vaxt bir qapını kilidləməmiş başqa qapını açmaz. (Viktor Hüqo)
Varis, Yetmiş Yedinci Gün

Yaxşiliq etdim deyə sevinməyə, pislik etdim deyə də kədərlənməyə tələsməyin. Nəyin yaxşiliq nəyin pislik olduğunu zaman göstərəcək.
Elxan Elatlı, On Dördüncü Adam

Bu dünyanın mövcudluğu-başqa,daha mükəmməl bir dünyanın varlığına sübutdur..
Paulo Coelho, Kimyagər

Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki, o, sənə və başqalarına oxşamır, aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biridi, çalış unutmayasan ki, bu cür insanları tanımaq — xoşbəxtlikdir, sevmək isə təhlükəli...
Ethel Lilian Voynich, An Interrupted Friendship (Ovod 2)

İnsanların beynini lazımsız rəqəmlər, lazımsız faktlarla doldurun. Onlar bir müddət sonra bundan bezəcəklər, lakin eybi yox, əvəzində onlara elə gələcək ki, onlar çox savadlıdırlar.
Ray Bradbury, Farengeyt 451

Məgər birlikdə yol getdiyimiz zaman yanımca addımlayan adamın əsl insan olduğunu bütün varlığımla hiss etmirdimmi? İnsanların bir-birini başa düşmələri üçün, bir-birinin daxili aləmini, ürəyini tədqiq edib öyrənmələri üçün danışmağın heç də zəruri olmadığını elə bu vaxtlar başa düşdüm.
Sabahattin Ali, Xəz Paltolu Madonna

Pis yola getmiş bir şəxsi qaldırmaq üçün ona əlinizi uzadın və ya əgər o məhv olursa, onun halına acı -acı ağlayın, onu təhqir etməyin, ona istehza eləməyin. Onu sevin, ona baxanda özünüzü xatırlayın və onunla özünüz kimi rəftar edin.
İvan Gonçarov, Oblomov

Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.
Osho, Bizə sevgidən danışın...

Adam bu yaşa çatanda keçmiş onun üçün gözəlləşir. Hətta pis günləri də gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.
Parinoush Saniee, Mənim Payım

Mən indi bir şeyi anladım: bu mənalı və harmonik həyatda yalnız mənasız həyat sürənlər yamaqdırlar. Həyata, ömrünə və həqiqi dəyərlərə sahib olan insan bu həyatda yamaq deyil, elə həyatın özüdür:)
Rövşen Abdullaoğlu, Relslər Üzərinə Uzanmış Adam

Həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb; amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?
Cəlil Məmmədquluzadə, Ölülər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 212 167 203 197 233

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.