_Uğurböceyi_

_Uğurböceyi_ Sağlamlıq 2-11-2017, 18:03

Suçiçəyi

Suçiçəyi

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.

Milli.Az xəbər verir ki, RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, yay aylarında bu xəstəliyə yoluxanların sayı azalmağa doğru dəyişib.

Onun sözlərinə görə, hazırda da suçiçəyinə yoluxanların sayında azalma müşahidə edilir:

"Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir. Hələ artım müşahidə edilmir. Xəstəliyin əsas yayılma dövrü qışda olur. Qışda əhali daha çox qapalı mühitdə olduğundan hava-damcı infeksiyalarının artımı baş verir. Hələ ki, xəstəliyin haradasa qeydə alınması barədə bizə məlumat daxil olmayıb. Ola bilər ki, xəstəlik tək-tək hallarda qeydə alınsın. Amma xəstəliyin xeyli artması barədə danışmaq düzgün deyil".

A.Əliyeva bildirib ki, Azərbaycanda suçiçəyinə qarşı peyvəndin tətbiqi hələ nəzərdə tutulmayıb.

O əlavə edib ki, 2018-ci ilin peyvənd təqvimində də dəyişikliyin aparılması nəzərdə tutulmayıb: "2016-cı ildə inaktivləşdirilmiş poliomielit vaksini tətbiq etdik. 3 valentli poliomielitdən 2 valentli poliomielit vaksinə keçdik. Ancaq növbəti ildə hələ ki, heç bir yeni peyvəndin tətbiqi nəzərdə tutulmayıb".




Redaktə etdi:meley0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
548 614 525 534 612 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.