Kukulka

Kukulka Xəbərlər 3-11-2017, 17:56

İdarəetməni itirən sürücü özü ilə birgə sərnişinin də həyatına son qoydu

İdarəetməni itirən sürücü özü ilə birgə sərnişinin də həyatına son qoydu




Bu gün axşam saatlarında Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

BiG.AZ ARB TV-yə istinadla xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometriliyində baş verib. "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan 2 nəfər, sürücü Gəncə sakini 25 yaşlı Kənan Ələkbərov və sərnişini - 23 yaşlı Nicat Nağıyev dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri cəlb edilərək avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 497 510 461 462 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.