ice berg

ice berg Avto Dünya 19-04-2026, 11:00

Elektrikli avtomobillərin idxalı azaldı - SƏBƏB

Elektrikli avtomobillərin idxalı azaldı - SƏBƏB

2026-cı ilin ilk rübündə Azərbaycanın avtomobil bazarında idxal göstəriciləri əvvəlki illə müqayisədə geriləmə nümayiş etdirib. 

 

Belə ki, yanvar-mart aylarında ölkəmizə gətirilən nəqliyyat vasitələrinin həm sayı, həm də ümumi dəyəri azalıb. Bu azalma xüsusilə bazarın müəyyən seqmentlərində daha qabarıq hiss olunur. Diqqətçəkən məqamlardan biri də elektrik mühərrikli avtomobillərlə bağlıdır. Son dövrlər bu sahəyə maraq artsa da, idxal statistikasında geriləmə üzə çıxıb. 

 

Maraqlıdır, elektrikli avtomobillərin idxalının azalmasına səbəb nədir?

 

Nəqliyyat eksperti Aslan Əsədov açıqlamasında bildirib ki, elektrik mühərrikli avtomobillərin idxalının azalması gözlənilən idi:

 

“Tətbiq olunan güzəştlərin ləğvi bu sahəyə birbaşa təsir göstərib. Həmin güzəştlər ölkədə avtomobil parkının yenilənməsi məqsədilə tətbiq olunmuşdu. Məlumdur ki, Azərbaycanda istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti köhnədir”.

 

Ekspert qeyd edib ki, bu səbəbdən də daha müasir avtomobillərin idxalı və təşviqi vacib hesab edilirdi:

 

“Digər tərəfdən, elektrik avtomobilləri üçün ehtiyat hissələrinin tapılmasının nisbətən çətin olması da bu nəqliyyat vasitələrinə marağın azalmasına səbəb olub. Nəticə etibarilə, bütün bu amillər statistik göstəricilərdə də öz əksini tapır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 96 122 132 111 91

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.