`- Özümü sevəndən sonra✌️

Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir. Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir. Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna — Bacarmaq deyilir. Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrüklüyü deyilir. Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir.






