ice berg

ice berg Avto Dünya 27-04-2026, 07:00

Çin maşınlarına maraq niyə azalıb? - Ekspert

Çin maşınlarına maraq niyə azalıb? - Ekspert

Ölkəmizdə 4 il ərzində hibrid və elektromobillərin rüsumdan azad olunması həm sahibkarlar, həm də vətəndaşlar üçün əlverişli şərait yaratdı. Bu dövrdə həm də Çindən çoxlu sayda avtomobil idxal edildi və bazarda təklif tələbi üstələdi. Sonradan güzəştlər başa çatdı, qanunvericilik dəyişdi və idxal əvvəlki qədər sərfəli olmadı. Hazırda bazarda Çin istehsalı avtomobillər kifayət qədərdir. Marağın azaldığını deməzdim - hər avtomobilin öz alıcısı var. Burada əsas rol qiymət və seqmentə aiddir.

 

Loading.aZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarında son tendensiyalar haqqında danışarkən deyib.

 

Ekspert bildirib ki, statistikaya görə, Çindən idxal olunan avtomobillərin sayında əvvəlki illərlə müqayisədə fərq var:

 

"Yaponiya istehsalı avtomobillər isə ölkədə populyarlığını qoruyur. Bu, əsasən rəsmi diler şəbəkəsi, servis və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlıdır. "Toyota", "Mazda" və "Nissan" etibarlılığı ilə seçilir və ikinci əl bazarında dəyərini daha az itirir.

 

Çin avtomobillərində qiymət artımı əsasən yeni idxal olunan modellərdə müşahidə olunur, 2024-2025-ci illərdə gətirilənlər isə hazırda daha münasib qiymətə təklif edilir.

 

Çin markaları Azərbaycan bazarında dominant deyil. Bazar müxtəlif markalar arasında bölünüb və hər birinin öz payı var".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
116 120 156 127 113 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.