Sevgi şairi

Sevgi şairi Şeirlər 30-04-2026, 16:00

Ümman təki çağlayırsan ey qadın

Ümman təki çağlayırsan ey qadın

Əvvəlindən özü bəxtsiz doğulan,

İçin-için ağlayırsan ey qadın,

Bir çox şeyi dəyişdirmək olmayır,

Qəlbi yaman dağlayırsan ey qadın.

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

Yardan yarımadın gülmədi üzün,

Ağlayıb sevinci dəfn etdi gözün,

Xəyyalar qoynunda düşün bir özün,

Ömür kitabını bağlayırsan ey qadın.

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

Bəxtin gətirmədi sevib sevəndə,

Xoşbəxtlik dadmadın ömür sürəndə,

Qəmə yoldaş oldun çoxu güləndə,

Ümman təki çağlayırsan ey qadın.

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

Başına bağladın örpəyi qara,

Kədərlər içində qəlb oldu yara,

Düşmüsən elə bil tilsimə tora,

Dərd içində sızlayırsan ey qadın.


                                İlkin Zahidoğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
122 113 127 120 106 127

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.