:( GEDİRƏM :(
Sevgimiz imkansız bunu bilirəm,
İmkansız olduğun bilib gedirəm.
Ağlaram gizlicə, yalan gülürəm,
Gözümün yaşını silib gedirəm.
Yıxıldım, ilişdim kollara yenə,
Atmışam özümü qollara yenə,
Çarəsiz baxıram yollara yenə,
Xəyalən yanına gəlib-gedirəm.
Kasıbam onurum, cismim canımdır,
Sevgimlə dolaşan isti qanımdır,
Qəlbimdə xatirə həyəcanımdır,
Bir kədər quyusun dəlib gedirəm.
Fərz elə bir suyam, hər an axıram,
Özümü yandırıb indi yaxıram,
Düşdüyüm hallara indi baxıram,
Ucadan özümə gülüb gedirəm.
Biçarə xəstəyəm, yoxdur dərmanım,
Qalmağa zərrə də yoxdur imkanım,
Sevməkdən başqa bir yoxdur nöqsanım,
Təbriklər! Mən artıq ölüb gedirəm...
MÜƏLLİF : VÜSAL ZAMAN
İmkansız olduğun bilib gedirəm.
Ağlaram gizlicə, yalan gülürəm,
Gözümün yaşını silib gedirəm.
Yıxıldım, ilişdim kollara yenə,
Atmışam özümü qollara yenə,
Çarəsiz baxıram yollara yenə,
Xəyalən yanına gəlib-gedirəm.
Kasıbam onurum, cismim canımdır,
Sevgimlə dolaşan isti qanımdır,
Qəlbimdə xatirə həyəcanımdır,
Bir kədər quyusun dəlib gedirəm.
Fərz elə bir suyam, hər an axıram,
Özümü yandırıb indi yaxıram,
Düşdüyüm hallara indi baxıram,
Ucadan özümə gülüb gedirəm.
Biçarə xəstəyəm, yoxdur dərmanım,
Qalmağa zərrə də yoxdur imkanım,
Sevməkdən başqa bir yoxdur nöqsanım,
Təbriklər! Mən artıq ölüb gedirəm...
MÜƏLLİF : VÜSAL ZAMAN
Redaktə etdi:Miss_BaKU






