Kukulka

Kukulka Statuslar 7-11-2017, 21:02

Həyat, səhnəsi və pərdəsi olmayan bir oyundur.

Həyat, səhnəsi və pərdəsi olmayan bir oyundur.




Həyatımızdakı kölgələrin çoxu öz günəşimizin qabağında olmağımızdan əmələ gəlir.

Həyat, hiss edənlər üçün faciə, düşünənlər üçün komediyadır.

Həyatın müxtəlif çətinliklərinə qarşı üç şey hədiyyə edilmişdir; ümid, yuxu və gülmək.

Həyatı insan üçün yaşanası edən və ya işgəncəyə çevirən, insanın özünün etdiyi seçimlərdir.

Həyatdır bu; vaxt gələr hər şey bir anda son olar. Həyatdır bu; son dediyin an, hər şey yenidən can tapar.

Həyat, qısa bir əhvalatdır, uğruna böyük ağrılar çəkdiyimiz.

Həyat ən çox gülərkən gözəldir.

Həyatda nə edəcəyini bir çox insan bilir amma bildiyini edən insanların sayı çox azdır.

Həyatın ən kədərli anı dəli kimi sevdiyin insanın buna heç dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona sərf etdiyin zamandır.

Əslində həyatın ən gözəl anı; hər şeydən imtina edəndə səni həyata bağlayan biri olduğunu düşündüyün andır.

Həyat bəzən insanları bir-biriləri üçün nə qədər çox şey ifadə etdiklərini anlasınlar deyə ayırır.

Həyat, sevdiyimz şeyləri edə bilmək üçün sevmədiyimiz şeyləri etmək məcburiyyətində qaldığımız müddətdir.

Hayat, yaşadıqlarımızla hələ öyrənmədiklərimizin toplamıdır.

Həyat, pozan istifadə etmədən şəkil çəkmə sənətinə deyilir.

Həyat, səhnəsi və pərdəsi olmayan bir oyundur.

Həyat, kimini xoşbəxt kimini bədbəxt edən, ssenarisi olmayan bir filmdir.

Həyat, mənalı hissələri olan mənasız bir bütündür.

Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər kədəri silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi.

Kimsə xoşbəxt oldu, mənsə sənsizəm, həyatda hicranla vüsal qoşadı, indi sahilimə həsrət dənizəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
866 932 881 808 837 827

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.