ice berg

ice berg Avto Dünya 14-05-2026, 06:00

Şkoda sürənlərin diqqətinə: Məlumatlarınız oğurlanmış ola bilər

Şkoda sürənlərin diqqətinə: Məlumatlarınız oğurlanmış ola bilər

Şkoda şirkəti avtomobil istifadəçilərinə xəbərdarlıq edilib.

 

Loading.aZ xəbər verir ki, şirkət onlayn mağaza portalında ciddi proqram təminatı boşluğu aşkar etdiyini bildirib.

 

Kibercinayətkarların bu boşluqdan istifadə edərək sistemə daxil olduğu və bəzi istifadəçilərin həssas məlumatlarına çıxış əldə etdiyi açıqlanıb.

 

Məlumata görə, oğurlanan məlumatlar arasında müştərilərin ad-soyadı, ünvanı, telefon nömrəsi, sifariş detalları və hesab məlumatları var.

 

Şirkət kredit kartı məlumatlarının təhlükədə olmadığını, çünki ödənişlərin ayrıca xidmət təminatçıları üzərindən emal edildiyini vurğulayıb.

 

Hadisədən sonra onlayn mağaza müvəqqəti bağlanıb, təhlükəsizlik boşluğu aradan qaldırılıb və araşdırma üçün mütəxəssislər cəlb olunub.

 

Şirkət istifadəçilərə şifrələrini dəyişməyi və şübhəli e-poçtlardakı keçidlərə daxil olmamağı tövsiyə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
124 137 127 126 161 126

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.