_Gйпеl_

_Gйпеl_ İslam Dini 14-05-2026, 21:30

Dua 🫀

Dua 🫀


 Allahım Sən mənim halımı məndən yaxşı bilirsən dilim də, deməsə qəlbim Sənə danışır.


 Allahım, bəzən güclü görünürəm, amma içimdə qırılmışam bəzən gülümsəyirəm, amma içim ağlayır sən mənim gizlətdiklərimi də bilirsən… 


 Məni tək buraxma Allahım…

elə bir anda kömək et ki, artıq heç kəsdən ümidim qalmadığı vaxt olsun və Sənin möcüzəni orada görüm… 


Allahım əgər bu günə qədər etdiyim dualar qəbul olmadısa, bilirəm ki, Sən onları daha gözəl 

bir zamana saxlamısan… 


 Məni gecikən dualarıma görə Səndən soyutma əksinə, Sənə daha çox yaxınlaşdır Allahım, qəlbim yorulub ona elə bir rahatlıq ver ki, heç bir insanın 

verə bilmədiyi olsun.


Allahım mən Sənə layiq bəndə ola bilmədim amma Sən mənim Rəbbimsən…Günahlarım çoxdur,

amma Sənin rəhmətin onlardan daha böyükdür məni bağışla 


Allahım elə bağışla ki, sanki heç günah etməmişəm və məni Sənə yaxın olan qullarından et…


Allahım hamı gedəndə Sən qalansan hamı susanda Sən eşidənsən mənə elə bir qəlb 

ver ki, Səndən başqa heç kimə bağlanmasın məni elə sevindir ki,

illərlə içimdə yığılan kədər bir anda yox olsun… 


Allahım əgər qismətimdə göz yaşı varsa, onu Sənin razılığın üçün axıdım əgər sevinc varsa,

onu Sənə şükürlə qarşılayım…

Məni Səndən uzaq düşənlərdən etmə və məni hər zaman Sənə qayıdan qullarından et

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
104 128 171 99 101 113

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.