_Gйпеl_

_Gйпеl_ İslam Dini 14-05-2026, 23:50

Hər kəsin baharı fərqli zamanda çiçək açır🌹

Hər kəsin baharı fərqli zamanda çiçək açır🌹

Muhəmməd (sallallahu aleyhi və səlləm) — Ən sevdiklərinin ayrılığı ilə sınandı, daşlandı, təhqir edildi, aclıq və ağır çətinliklər yaşadı. Amma bütün bunlara baxmayaraq Allahın dinini insanlara çatdırmaqdan vaz keçmədi. Bu İslam bizə çatsın deyə gecələr dua etdi, əziyyətlərə səbr etdi, ümməti üçün göz yaşı tökdü. O, ən ağır sınaqların içində belə mərhəmətini və ümidini itirmədi._


 Yusuf peyğəmbər— quyunun qaranlığında gözlədi, amma sonunda Misirin xəzinələrinə əmanət edildi._

_İbrahim peyğəmbər— atəşin içində sınandı, amma alov ona sərin və salamat oldu._

 Əyyub peyğəmbər — uzun müddət xəstəlik və çətinliklə imtahan olundu, amma şəfasını Rəbbindən aldı._

_Yunus peyğəmbər — balığın qarnında tək qaldı, amma duası onu yenidən nura çıxardı._

 Musa peyğımbər— dənizin qarşısında çıxış yolu görmədən dayandı, amma Allah ona yol açdı._

_Yaqub peyğəmbər— illərlə Yusifinə həsrət qaldı, amma ümidini heç itirmədi._

 Nuh peyğəmbər — uzun illər insanları haqqa çağırdı, amma səbrindən vaz keçmədi._

_İsmayıl peyğəmbər— təslimiyyət göstərdi, Allah isə onu Öz rəhməti ilə mükafatlandırdı._

 Zəkəriyyə peyğəmbər — yaşlı çağında övlad arzuladı, amma duası cavabsız qalmadı._


 Məryəm — heç vaxt həyat yoldaşı olmadı, amma bir möcüzənin anası oldu._

_Aişə — övladı olmadı, amma bir ümmətin müəllimi oldu._

_Xədicə — sevgini gec yaşda tapdı, amma ən böyük sevgilərdən birini yaşadı._

_Fatimə — yoxluq içində yaşadı, amma qəlbi ən zəngin olanlardan idi._

_Asiyə — Firon kimi zalım bir insanın yanında yaşadı, amma imanını qorudu._

 Süməyyə — imanına görə işgəncə gördü və ilk şəhid qadın oldu._


Onların heç birinin həyatı kənardan baxanda “qüsursuz” görünmürdü.

Bəzisi gözlədi, bəzisi itirdi, bəzisi tənha qaldı, bəzisi ağır sınaqlardan keçdi…

Amma hər biri öz səbrini və imanını kamilliyə çevirdi, ən uca insanlar arasında anıldı.


Gecikmək, tənha qalmaq, maddi sıxıntı çəkmək və ya yanlış insanların arasında olmaq sənin dəyərsizliyin deyil, sadəcə sınağındır.

Unutma: hər kəsin baharı fərqli vaxtda çiçək açır.

Sənin “əskik” sandığın o boşluq, bəlkə də Yaradanın sənə ən yaxın olduğu yerdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
131 157 130 162 138 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.