Sevgi 💕
Bir kişinin həyat yoldaşına yaxşı davranmasının nümunələrindən biri onunla eyni yataqda və eyni yorğan altında yatmasıdır. Çünki bu, Peyğəmbərin sünnəsidir.
Amma münasibətdə kobudluq və soyuqluq göstərən, ayrı-ayrı çarpayılarda, hətta daha pisi – ayrı otaqlarda yatanlara gəlincə, heç şübhə yoxdur ki, bu, pis birgə yaşayış sayılır.
Çünki Allah buyurmuşdur:
“Onlar sizin üçün bir libasdır, siz də onlar üçün bir libassınız.”
İnsanın geyimi ilə olan yaxınlığı kimi yaxınlığı bundan daha gözəl təsvir edən bir ifadə yoxdur.”
(“Sahih Muslim”ə şərh, cild 2, səh. 182)






