_Gйпеl_

_Gйпеl_ İslam Dini 17-05-2026, 20:30

Maraqlı hadisə ✨

Maraqlı hadisə ✨

Səhabələrin başına gəlmiş çox maraqlı bir hadisə


 Bəzi səhabələrin düyü ilə tanışlığı 


 Görkəmli səhabələrdən olan Utbə bin Ğazvən, ordu ilə müəyyən şəhəri fəth etməyə yola düşür. Bu uzun səfərdə artıq səhabələrin ərzağı tükənmişdi.

Aclıq güclənəndə Utbə öz adamlarına əmr etdi ki, gedib yeməyə bir şeylər tapsınlar. Döyüşçülər ərzaq dalınca getdilər və onların başına maraqlı bir əhvalat gəldi. Bunu şahidlərdən biri danışır:


Biz yeməli bir şey axtarmaq məqsədilə ətrafda gəzirdik və sıx meşəliyə girəndə, orada iki səbət tapdıq. Səbətin birində xurma, digərində isə sarı qabığı olan ağ dənələr var idi. Biz səbətləri düşərgəmizə gətirdik. Döyüşçülərdən biri dən olan səbəti görüb dedi:

"Bu düşmənin bizim üçün qoyduğu zəhər ola bilər. Ona toxunmayın." 

Biz xurma yeməyə başladıq. 

Bu zaman atlardan birinin ipi açıldı və at dən olan səbətə yaxınlaşıb, ondan yeməyə başladı. Allaha and içirəm ki, biz dərhal o atı kəsmək, və o zəhərin təsirindən ölməmiş onun ətini yemək istədik. 

Ama atın sahibi etiraz edərək dedi: "Ona əl vurmayın! Mən bu gecə atın yanında olacağam. Əgər onun can verdiyini görsəm, özüm tez onu kəsərəm."


-Ertəsi gün biz gördük ki, həmin at sağsalamatdır və zəhərlənmə əlamətləri də yoxdur. Bacım mənə dedi: "Qardaşım dinlə! Atam deyirdi ki, zəhərlənmiş ərzağı güclü od üstündə hazırlasan, zəhər öz təsirini itirər." 

Bundan sonra o, həmin naməlum ağ dənələri balaca küpəyə töküb, altında tonqal qaladı. Tezliklə bacım qışqırıb səslədi: "Tez bura gəlin! Baxın, ağ dənələr necə tünd rəng aldı." O, dənələrin qabığını təmizləyib içindən ağ dənələr çıxartdı və biz onu qaba tökdük. Utbə bizə dedi: " Allahın adıyla bunu yeyin"

Biz dənələrdən yedik və o çox dadlı idi. Sonradan öyrəndik ki, bu ağ dənələr düyü imiş 


Mənbə: (حياة الصحابة)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
154 120 128 100 152 71

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.