Jafarova

Jafarova Aforizm 18-05-2026, 17:30

Aforizmlər (ll)

Aforizmlər (ll)

  • Çiçək gah açıqdır, gah da pünhandır,
    Ağac gah geyimli, gah da üryandır. (Sədi Şirazi)
  • Cismin nəyə ehtiyacı varsa, onu da götürür; bundan artığı da, əskiyi də ziyandır. (Əbu Turxan)
  • Dəniz dalğalar içərisində gizlidir. (Əbdürrəhman Cami)
  • Dərdi dünya olanın, dünya qədər dərdi olar. (Yunus Əmrə)
  • Dərin dəniz daş atmaqla bulanmaz. (Sədi Şirazi)
  • Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır. (Əbu Turxan)
  • Dünya bildiyimizdən artıq bizim ola bilməz. (Xudu Məmmədov)
  • Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır! (Əbu Turxan)
  • Dünya bizə məxsusdur. Amma bəzən hansısa dünya malına aludə olanda, bütövlükdə dünyanı qurban verdiyimizin fərqində olmuruq. (Əbu Turxan)
  • Dünya böyük bir teatr səhnəsidir.
    Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir. (Uilyam Şekspir)
  • Dünya dağdır, bizim etdiklərimiz səs.
    Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir. (Cəlaləddin Rumi)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
123 101 99 94 102 101

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.