Jafarova

Jafarova Aforizm 18-05-2026, 18:30

Aforizmlər (lll)

Aforizmlər (lll)

  • Dünya duracaq yer deyil, ey can, səfər eylə!... (Nəsimi)
  • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur və onların eyni kitab olduğunu çox az adam dərk edir. (Əbu Turxan)
  • Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. (İmmanuel Kant)
  • Dünya onu anlayanlarındır. (Əbu Turxan)
  • Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. (Əbu Turxan)
  • Dünyada ancaq yaranmalı olanlar yaranır. (Mark Avreli)
  • Dünyanı dərk edə bilmək üçün insan əvvəlcə dünya ilə bir tam halına gəlməlidir. (Əbu Turxan)
  • Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır. (Əbu Turxan)
  • Dünyanı tam halında yaşamaq olmur; o çiçək-çiçək, damla-damla yaşanır. (Əbu Turxan)
  • Dünyanın ali mənası onun ayrı-ayrı hissələrinin mənasından hasil ola bilməz. (Əbu Turxan)
  • Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 86 118 95 149 113

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.