Aforizmlər (lll)
- Dünyanın ölməyən bir qanunu var. (Səməd Vurğun)
- Dünyanın vəhdəti təbiətin məntiqi ilə idrakın məntiqi arasındakı eyniyyətdə daha aydın üzə çıxır. (Əbu Turxan)
- Dünyaya nizamsız şəkildə nizamlı formalar səpilib. (Pol Valeri)
- Əbədiyyətə qovuşmaq – onun dilini öyrənmək və hərdən bir onu dinləməkdir. (Əbu Turxan)
- Göl suyu toplayır, bulaq paylayır. (Bleyk)
- Gülü bitməz tikənsiz dünyanın... (Nəsimi)
- Gündüzün yanında gecə olarmı?
Onları bir yerdə heç görən varmı? (Nizami Gəncəvi) - Günəş batanda şamlar parıldayar. (Cəlaləddin Rumi)
- Günəş qüruba endikcə, kölgə böyüyür. (Əbu Turxan)
- Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi. (Əbu Turxan)
- Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir. (Əbu Turxan)
- Heç bir təmas yoxdursa, alışan təkcə özünü yandırar. (Əbu Turxan)
- Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. (Əbu Turxan)
- Hər əqlə sığışan hünər, bilikdən
Bir məna çıxarır mənanı bilən. (Nizami Gəncəvi) - Hər kiçik zərrənin öz aləmi var,
Dünya bir ahəngdə tutmuşdur qərar. (Səməd Vurğun) - Hər şey həm yenidir, həm də köhnə. (İohann Volfqanq Göte)






