ice berg

ice berg Məsləhətlər 19-05-2026, 16:00

Evi həftədə neçə dəfə təmizləmək lazımdır

Evi həftədə neçə dəfə təmizləmək lazımdır

Amerika alimləri evi tez-tez təmizləməməyi tövsiyə edirlər.

 

Loading.Az xəbər verir ki, alimlərin fikrinə görə, evin tez-tez yığışdırılması həm ev xanımının, həm də digər ailə üzvlərinin sağlamlığı üçün ziyanlıdır.

 

Belə ki, steril şəraitdə yaşan uşaqların immun sistemi daha zəif olur, onların orqanizmi istənilən infeksiya və virusa daha kəskin reaksiya verir.

 

Kanadada aparılmış digər bir araşdırmada fermalarda və şəhərdə yaşayan uşaqların sağlamlığı müqayisə olunub. Araşdırma göstərib ki, fermalarda sterillikdən uzaq şəraitdə yaşayan uşaqların immun sistemi şəhərdə yaşayan uşaqlarla müqayisədə daha möhkəmdir, onlar daha az xəstələnir, tez sağalır, allergiyalara meyilli olmurlar.

 

Bütün bunları nəzərə alaraq alimlər evi həftədə 1 dəfədən tez olmayaraq təmizləməyi tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
131 111 108 125 86 117

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.