cabir

cabir Xəbərlər 22-05-2026, 19:00

Cərimə və ictimai işlərdən yayınan şəxslər həbs oluna bilər

Cərimə və ictimai işlərdən yayınan şəxslər həbs oluna bilər

"İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiqi barədə qərarın icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır".

Bunu                    Sun.Az                           

-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.                    

O, qeyd edib ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunması barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməzsə, həmin şəxsə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur:

"Bundan başqa, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilən cərimələr istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 25 gün ərzində icra olunmadıqda, şəxsə 160 saatdan 240 saatadək ictimai işlər verilə bilər. İşin hallarına və xəta törədənin şəxsiyyətinə əsasən bu tədbirin kifayət etmədiyi hesab olunarsa, 3 ayadək inzibati həbs də tətbiq edilə bilər.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilən qərarlar isə qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində icra olunmadıqda, nəqliyyat vasitəsini idarəetmə hüququ 6 aydan 1 ilədək məhdudlaşdırılır.

Həmçinin ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxs bu cəzanın icrasından boyun qaçırarsa, ona 3 ayadək müddətə inzibati həbs tətbiq oluna bilər".

                                    

          

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 99 89 60 79 103

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.