ice berg

ice berg Avto Dünya 26-05-2026, 14:00

Ferrari ilk tam elektrik avtomobili “Luce”ni təqdim etdi

Ferrari ilk tam elektrik avtomobili “Luce”ni təqdim etdi

İtaliyanın lüks idman avtomobili istehsalçısı Ferrari ilk tam elektrik avtomobili olan “Luce” modelini təqdim edib.

 

Loading.az xəbər verir ki, şirkət daxiliyanma mühərrikli klassik modelləri ilə tanınsa da, elektromobil bazarına giriş etməklə yeni mərhələyə keçdiyini göstərir.

 

“Luce” (italyanca “işıq” deməkdir) dörd qapılı və beş nəfərlik modeldir. Avtomobil keçmiş “Apple” dizayneri Coni İve və onun “LoveFrom” dizayn komandası ilə birgə hazırlanıb.


Modelin qiyməti təxminən 550 min avro olacaq və ilk müştərilərə çatdırılmasının 2026-cı ilin sonlarında başlanması planlaşdırılır.

 

Yeni elektromobil 310 km/saatdan çox maksimal sürətə, 1000 at gücündən artıq gücə malikdir. Ferrari bildirir ki, avtomobildə ənənəvi mühərrik səsini imitasiya etmək əvəzinə, elektrik sisteminin real vibrasiyalarını gücləndirən xüsusi texnologiyadan istifadə olunub ki, sürücülər klassik Ferrari hissini qismən yaşaya bilsinlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
78 127 120 112 124 109

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.