amon

amon Sevgi 19-09-2020, 12:22

Yalnız səssizcə...

Yalnız səssizcə...

İstəsəydin əgər aşa bilərdik bütün maneələri… Yox ola bilərdi aramızdakı kilometrlər... Dənizlərmi? Onlarsa aşılması ən sadə maneələr idi. Ürəyim köçərdi qanad taxıb sənin diyarının sahillərinə. Və dözə bilərdi bu ürək, səndən uzaq qalmalara... Eşitdirməzdi sənə səsini, bilmə, kədərlənmə deyə…

Artıq çox gec... Əslində ürəyim soyuq deyildi ki, mənim əllərim qədər. Aşan varlığına sevdanın müqəddəsliyinə inandıra bilərdi səni. İstəsəydin əgər, açardı bu ürək sənə qapılarını sonuna qədər "xoş gəldin" deyərdi və sonra da sıx kilidləyər idi…

Gözləyərdim və təkliyinlə yaşamağa belə alışa bilərdim istəsəydin. Sevərdim darıxmağı da ən az səni sevdiyim kimi. Uzaqlardan da olsa hiss edə bilərdim ürəyimin üstündəki əllərini…
Bilirəm istəsəydin əgər, təxirə salmazdın naməlumluqlara artıq yarım qalmış olan xülyalarımı...

İstəsəydin qucaqlaya bilərdi əllərin bədənimi... Qoxuna həsrət gecələr keçirməzdi.
"Siz"lər necə "sən" olmuşdu birdən mən heç anlaya bilməmişdim... Bəs sən? Anlamışdınmı, sən? Kaş ki, heç etməsəydin "siz"ləri "sən" və eləcə qalsaydı "sən"in zəhərli toxumları daha ürəyimə heç salınmadan...


Bilirsənmi, istəsəydin əgər gülən üzünə ömrünü həsr edərdi bu can, söz anlamaz, qayda tanımaz, xoşbəxtliklərə yelkən açardı, gedərdi ayaqyalın sevdanın yollarında... Xeyr - xeyr qaçardı hətta…

Bəli... Aldatma artıq, kədərlənməyim deyə... İfadəyə ağ yalanlarını çıxart, artıq aramızdan bəhanə etdiyin soyuq məsafələri çıxart... Söylə, istəsəydin əgər yaşana bilərdi, elə deyilmi? Yaxşı, bəs sevsəydin bir də sevə bilsəydin əgər, heç düşünə bildinmi?...

Boş ver artıq, heç düşünmə, yorma sən özünü, mən söyləyərəm sənə, sənin təxmin belə edə bilməyəcəyin xülyalarımı. Susaraq, əzizim, yalnız susaraq söyləyəcəyəm artıq sənə sevgimi, susaraq dilləndirəcəyəm artıq yarım qalmış uduzmaları.


Sən qal artıq şəhərində yaşa, sən... Yalnız susacağam artıq, əzizim, susduracağam çağlayan ürəyimi. Sevə bilmədin məni... Artıq yalnız səssizcə yaşadacam bu hissi qəlbimdə, əzizim, yalnız səssizcə..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
838 803 760 825 790 756

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.