ice berg

ice berg Mətbəx 28-05-2026, 12:00

Damağınızı dadlandıracaq praktik limon topları resepti

Damağınızı dadlandıracaq praktik limon topları resepti

Xüsusilə qəhvənin yanına çox yaraşan, limonlu çizkeyk dadında möhtəşəm bir təam. Bu reseptlə qonaqlarınıza həm estetik, həm də çox ləzzətli ikramlar hazırlaya bilərsiniz.

 

Loading.Az inqrediyentləri təqdim edir:

(Ölçü üçün istifadə olunan 1 su stəkanı: 200 ml)

 

1 xörək qaşığı kərə yağı

 

3 xörək qaşığı qaymaq (krema)

 

1 ədəd limonun qabığı (rəndələnmiş)

 

Təxminən 200 q ağ şokolad (rəndələnmiş halı ilə 1 su stəkanı)

 

3 xörək qaşığı təzə sıxılmış limon şirəsi

 

Yarım çay qaşığı sarıkök (zerdeçal - rəng verməsi üçün)

 

Üzəri üçün:

 

Pudra şəkəri

 

Hazırlanması:

Kərə yağı, qaymaq və rəndələnmiş limon qabığını kiçik bir qaba alıb, ocağın üzərində çox az (ehtiyatla) qızdırıb bişiririk.

 

Ayrı bir qabda rəndələnmiş ağ şokoladı və limon şirəsini qarışdırırıq.

 

Ocaqdan aldığımız isti qaymaqlı qarışığı ələkdən süzərək şokoladların üzərinə əlavə edirik.

 

Bu qarışığı benmari üsulu (içi qaynar su dolu qazanın üzərinə qoyaraq) tamamilə əriyib bircinsli olana qədər qarışdırırıq. Tam bu mərhələdə şirinə gözəl sarı rəng verməsi üçün sarıkökü də əlavə edib yaxşıca qarışdırırıq.

 

Hazır olan qarışığın üzərini streç filmlə bağlayıb, ən az 1 saat müddətinə dondurucuya qoyuruq.

 

Qarışıq tam bərkiyib sıx bir konsistensiya (kıvam) aldıqdan sonra dondurucudan çıxarırıq. Əlimizlə kiçik toplar düzəldib hər tərəfini pudra şəkərinə batırırıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
94 100 103 106 94 109

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.