Kənan Heydərov

Kənan Heydərov Yumor 13-11-2017, 11:41

Professor ilə Tələbə - LƏTİFƏ (Gülmək vaxtı))

Professor ilə Tələbə - LƏTİFƏ (Gülmək vaxtı))
Professor ilə Tələbə - LƏTİFƏ (Gülmək vaxtı))


Professor ilə tələbə adlı gülməli lətifəni oxumanızı şiddətlə tövsiyə edərik.
Universitet yeməkxanasına girən bir tələbə bütün yerlər dolu olduğundan gedib universitet professorunun oturduğu masaya oturur.

Professor qaşqabağını tökərək:

- Öküzlər və quşlar eyni masada otura bilməz!

Tələbə:

- O zaman mən uçuram...

Professor cavaba çox əsəbiləşir, imtahanda tələbənin imtahanını müvəffəqiyyətsiz keçməsi üçün əlindən gələni etdir. Amma imtahanda tələbə bütün sualları mükəmməl bir şəkildə cavablandırır.

Professor tələbəyə:

-Sənə son bir sual verəcəm, demiş. Yolda gedərkən iki torba tapdığını xəyal et, birində ağıl var, digərində isə pul var. Hansı çuvalı götürərsən?

Tələbə:

- Pul olan çuvalı seçərdim...

Professor:

- Mən ağıl olan çuvalı seçərdim...

Şagird:

- Normal! Kimdə nə əskikdisə, onu seçər...

Professor çox əsəbiləşir, tələbəninin qeyd dəftərini götürüb içinə "öküz" yazır. Tələbə nota baxmadan otaqdan çıxır. Bir dəqiqə sonra tələbə qapını açıb və ''Hörmətli professor, imzanızı atmısınız, lakin qeydimi yazmağı unutmusunuz.'' deyir. wink ))

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
683 707 693 616 625 578

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.