Ukrayna üçün yeni müdafiə layihəsi: Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir
Böyük Britaniya Avropadakı tərəfdaşları ilə birlikdə Ukraynaya öz raketdən müdafiə sistemini inkişaf etdirməkdə kömək etməyi planlaşdırır. Məqsəd Kiyevin ABŞ istehsalı olan "Patriot" raketlərindən asılılığını azaltmaqdır. Sun.Az
xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, belə bir alternativə ehtiyac Pac-3 tutucu raketlərinin çatışmazlığı ilə bağlıdır. Bildirilir ki, ABŞ-ın İranla müharibəsi səbəbindən bu raketlərin tədarükü məhdudlaşdırılıb.
Məlumata əsasən, cari ildə cəmi 750 Pac-3 raketinin istehsal ediləcəyi gözlənilir. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ABŞ Yaxın Şərqdə cəmi üç gün davam edən döyüşlər zamanı təxminən 800 Pac-3 raketindən istifadə edib.
Ekspertlər hesab edirlər ki, bu vəziyyət Ukraynanın hava hücumundan müdafiə sahəsində alternativ həllər axtarmasını və Avropa ölkələri ilə əməkdaşlığı genişləndirməsini zəruri edir.






