Tupak Şakur - 55
Afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper Tupak Amaru Şakur (II Tupak Amarunun şərəfinə adlandırılıb) bu gün - 16 iyun 1971-ci ildə ABŞ-nin Nyu-York ştatında Afeni Şakur və Billi Qarland ailəsində anadan olub. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də) musiqi albomlarını sata bilməklə dünyada satış üzrə birinci ifaçıya çevrilir. Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir.
1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi. 1993 ildə Şakur narkotiklərin istifadə etməsinə görə həbs edilmişdir. 1995-ci ildə Nyu-Yorkda Tupaka beş dəfə atəş açdılar, bununla əlaqədar qanqsta-repin ən görkəmli ulduzlarından biri, 1997-ci ildə güllələnən Notorious B.İ.G və amerikalı reper və prodüser, üç dəfə Qremmi mükafatı laureatı, 2024-cü ilin sentyabrında ağır cinayətlərə görə həbs olunan Şon "Paffi" Kombs təqsirləndirilmişdir.
Həbsxanada seks qalmaqalına görə cəza çəkən Tupak Qremmi mükafatına layiq görülmüş "Me Against the World" albomu buraxdı. Suge Knight tərəfindən ödəndiyi 1 milyon dollar məbləğindən sonra Tupak azad edilmişdir. Knight-ın Death Row Records leyblinə qoşulmuş Tupak "All Eyez on Me" albomu buraxdı. Albomda daha bir hit, "California Love" var.
1996-cı il sentyabrın 7-nə keçən gecə Şakur öz meneceri Suge Knight ilə birlikdə "MGM Grand Las Vegas"da Mayk Tayson və Brüs Seldon arasında gedən döyüşü izlədilər. Mübarizə bitdikdən sonra Knight-ın partnyorlarından biri Southside Compton Crips (ABŞ-də əsasən afro-amerikalılardan ibarət ən böyük cinayət qruplaşması, müxtəlif məlumatlara əsasən 2019 ildə onların sayı 125-130 min olub) dəstəsinin üzvlərindən birini (Orlando Anderson) vestibüldə gördü. Həmin ilin əvvəlində Anderson öz növbəsində Suge Knight ilə əlaqələri olan rəqib Mob Piru dəstəsinin üzvlərindən birinin qaçırılmasında iştirak edib. Knight-ın partnyoru Şakura oğrulardan birinin binada olmasını söylədi, bundan sonra Şakurun əhatəsi Andersona hücum etdi. Davanı mehmanxananın video kamerası qeyd etdi. Davadan sonra Şakur Knight ilə birlikdə Club 662-ə (hazırda restoran/klub Seven kimi adlanır) getdilər. Şakur Knight-ın qara BMW 750iL avtomobilinə sərnişin olaraq əyləşərək karvanla kluba yollandı.
23:00 və 23:05 zaman aralığında polis Knight-ın avtomobilini qeydiyyat nişanının olmaması, həmçinin çox yüksək səslə musiqiyə qulaq asmaları səbəbilə saxladı, lakin bir neçə dəqiqədən sonra cərimə yazmadan dəstəni buraxdı. 23:15-də Knight-ın avtomobilinə sağ tərəfdən sonuncu model ağ Cadillac yaxınlaşdı, bundan sonra Cadillac-ın sərnişinlərindən biri avtomobilin şüşəsini endirib cəld şəkildə bir neçə atəş açdı. Gülənin ikisi döş qəfəsinə, digər ikisi əl və buduna dəyməklə Şakura 4 güllə açıldı. Knight avtomobil şüşəsinin parçası ilə başından yaralandı (sağdır, hazırda 61 yaşı var). Cangüdən Frenk Aleksandr bildrdi ki, kluba Knight və Şakurla eyni maşında getmək istəyirdi, lakin Şakur son məqamda klubdan mehmanxaya nəqliyyat çatışmazlığı ehtimalına görə ondan nişanlısı Kidada Consun avtomobilinə əyləşməsini xahiş etdi. Before I Wake sənədli filmində cangüdən məlumat verdi ki, avtomobillərdən biri hücum edənlərin dalınca getdi, lakin o heç vaxt ağ "kadillakda" olanlar barədə heç vaxt eşitməmişdi. Bir az keçəndən sonra hadisə yerinə polislər və tibb işçiləri yaxınlaşdı, sonuncular Knight və Şakuru Cənubi Nevada Unibersitetinin (UMC) tibbi mərkəzinə apardılar. Hadisə yerinə gələn ilk polis Kris Kerrolun raportuna əsasən Şakurun son sözü «Fuck you» oldu. Hospitalda çarpayıdan qalxmaq üçün göstərilən bir neçə cəhddən sonra Şakur güclü ağrıkəsicilərin təsiri altında süni tənəffüs aparatına yerləşdirildi və ən sonunda barbituratların köməyi sayəsində süni komaya keçirildi. Həkimlərin daxili qanaxmanı dayandırmaq səylərinə baxmayaraq Şakur 13 sentyabr 1996-cı il günorta reanimasiya və intensiv terapiya şöbəsində vəfat etdi. Tupakın anası Afeni Şakur oğlunu həyata qaytarmaq üçün göstərilən cəhdlərə son qoymanı qərara aldı. Həkimlər yerli vaxtla 16:03-də ölüm qeydə aldılar. Nəfəs çatışmazlığı və çoxsaylı güllə yaraları səbəbilə ürək dayanması ölümün rəsmi səbəbidir.
Digər ulduzlar kimi onun da əslində ölmədiyi və medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupak üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən Tupakın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı.






