cabir

cabir Xəbərlər 16-06-2026, 10:30

ABŞ-İran razılaşması: Regionda yeni mərhələ başlaya bilər - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-İran razılaşması: Regionda yeni mərhələ başlaya bilər - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı son günlər yeni detallar ortaya çıxıb. Tərəflər arasında xüsusilə nüvə proqramı, Hörmüz boğazında təhlükəsizlik və sanksiyaların yumşaldılması məsələləri ətrafında aparılan müzakirələr beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vaşinqton və Tehran arasında əldə oluna biləcək razılaşmanın regiondakı gərginliyə və qlobal enerji bazarına necə təsir göstərəcəyi isə diqqətlə izlənilir.

Son məlumatlara görə, müzakirə olunan memorandum layihəsində hərbi əməliyyatların dayandırılması, dəniz blokadasının aradan qaldırılması və İran neftinin ixracına qoyulan bəzi məhdudiyyətlərin yumşaldılması kimi maddələr yer alır. Bununla yanaşı, tərəflər arasında uranın zənginləşdirilməsi və nüvə proqramının gələcəyi ilə bağlı fikir ayrılıqlarının hələ də davam etdiyi bildirilir.                 Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev                      Sun.Az                            

-a açıqlamasında bildirdi ki, ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı aparılan danışıqlar Yaxın Şərqdə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, tərəflər arasında gərginliyin azaldılması həm regionun təhlükəsizlik balansına, həm də qlobal enerji bazarına birbaşa təsir göstərə bilər: "Hazırda Vaşinqton və Tehran arasında əsas müzakirə mövzuları nüvə proqramı, sanksiyaların taleyi və regional təhlükəsizlik məsələləridir. Əgər tərəflər müəyyən kompromisə gedə bilsələr, bu, uzun müddətdir davam edən qarşıdurmanın yumşalmasına səbəb ola bilər. Lakin proses hələ də kifayət qədər həssasdır və tərəflər arasında ciddi fikir ayrılıqları qalır.

Mümkün razılaşma neft bazarında qiymətlərə də təsirsiz ötüşməyəcək. İran neftinin beynəlxalq bazara daha rahat çıxışı enerji sektorunda müəyyən dəyişikliklər yarada bilər. Bu isə həm Qərb ölkələri, həm də region dövlətləri tərəfindən diqqətlə izlənilir".

Müəllif: İlkin Məmmədkərimov

                                                   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
59 71 68 80 53 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.