Hörmüz boğazında insident: Gəmilərə xəbərdarlıq atəşi açıldığı bildirilir
İranın cənubunda yerləşən Hörmüz boğazı ərazisində xəbərdarlıq atəşi açılıb. Sun.Az
xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası yerli hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Sirik limanı yaxınlığında eşidilən partlayış səsinin Hörmüz boğazında açılan xəbərdarlıq atəşi ilə əlaqəli olduğu bildirilib.
Televiziya əlavə təfərrüat açıqlamayıb. İlkin ehtimallara görə, atəşlər boğazda hərəkət qaydalarını pozduğu iddia edilən gəmilərə yönəlib.






