cabir

cabir Xəbərlər 17-06-2026, 13:30

Ermənistanda siyasi qalmaqal: Tsarukyan Paşinyana qarşı iddia qaldırdı

Ermənistanda siyasi qalmaqal: Tsarukyan Paşinyana qarşı iddia qaldırdı

Ermənistanda müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan Baş nazir Nikol Paşinyana və İctimai Televiziyaya qarşı məhkəmə iddiası qaldırıb.                                   Sun.Az                    

xəbər verir ki, bu barədə məlumat datalex.am məhkəmə statistikası portalında dərc olunub.               

Tsarukyan Paşinyanın onun barəsində səsləndirdiyi ifadələrin təkzib edilməsini tələb edir. İddiaya görə, baş nazir onu casus və xarici agent adlandırıb, həmçinin cinayətkar sövdələşmələrdə iştirak etməkdə və Ermənistan xalqını talamaqda ittiham edib.

Müxalifət lideri mənəvi zərərə görə 24 540 dollar məbləğində təzminat tələb edir.

Bundan əlavə, Tsarukyan İctimai Televiziyanın onun partiyasının Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın göstərişi ilə yaradılması barədə yaydığı məlumatları geri götürməsini istəyir. O, bu iddia üzrə 32 500 dollar təzminat və məhkəmə xərclərinin ödənilməsini tələb edir.

                                                

                                          

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
71 67 102 82 118 85

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.