Ermənistandan etiraf: Rusiya məhdudiyyətləri iqtisadiyyata təsir edir
Rusiyanın bəzi Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 1,5-2 faizini təşkil edən məhsullara təsir edir. Sun.Az
xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin rəhbəri Vazgen Poqosyan tənzimləyici qurumun iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
TASS-ın məlumatına görə, Poqosyan bildirib ki, məhdudiyyətlərə məruz qalan məhsullardan əldə olunan gəlir Ermənistan ÜDM-nin təxminən 1,5-2 faizini təşkil edir.
"Rusiyaya ümumi ixracımız isə ÜDM-in təxminən 6 faizinə bərabərdir", - deyə departament rəhbəri qeyd edib.






