Mənim dualarım sənsən, səbrimin səbəbi sənsən
Mənim bu sevgimin özü də sənsən
Mən səni sevmirəm. Mən səndə yaşayıram.
Sevgimin adı yoxdur, çünki adı sənsən. Səhər oyananda ağlıma gələn ilk söz, gecə yatanda dilimdən düşməyən son duam sənsən.
Mənə “nəyi sevirsən” desələr, cavabım təkdir: səni.
Gülməyi səndə sevirəm, susmağı səndə sevirəm. Hətta səndən darıxmağı belə səndə sevirəm. Çünki darıxmaq da sənə gedir.
Mənim dualarım sənsən, səbrimin səbəbi sənsən.
Yorulanda dözməyimə güc verən, yıxılanda “yenə qalx” deyən sənsən. Əgər sevgidən soruşsalar, barmağımı qəlbimə qoyub deyəcəm: “İşte, sevgimin özü buradadır”.
Sən mənim sevgimin mənbəyisən də, məqsədisən də.
Sənsiz sevgi də mənasız, mən də yarım. Sən varsan, sevgi var. Sən varsan, mən varam.







