cabir

cabir Xəbərlər 21-06-2026, 14:30

ABŞ Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayır: Trampdan diqqətçəkən açıqlama

ABŞ Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayır: Trampdan diqqətçəkən açıqlama

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağa başlaya bilər.                                   Sun.Az                       

xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində paylaşım edib.                

"Hörmüz boğazında 60 günlük atəşkəs müddəti ərzində keçid üçün heç bir ödəniş alınmayacaq. Bu müddət başa çatdıqdan sonra da ödəniş tətbiq edilməyəcək. Yalnız ABŞ istisna hal kimi belə bir addım ata bilər", - deyə Donald Tramp bildirib.

O qeyd edib ki, bu addım ABŞ ilə İran arasında yekun sazişin əldə olunmayacağı təqdirdə gündəmə gələ bilər.

Donald Trampın sözlərinə görə, Vaşinqton Yaxın Şərq ölkələrinə təhlükəsizlik sahəsində göstərdiyi xidmətlərə, həmçinin keçmişdə çəkdiyi, hazırda daşıdığı və gələcəkdə çəkəcəyi xərclərə görə kompensasiya almaq məqsədilə belə bir qərar qəbul edə bilər.

                                                            

                                           

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
92 79 84 69 97 84

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.