cabir

cabir Xəbərlər 22-06-2026, 08:30

Fici sahillərində sirli bağlamalar tapıldı: Polis hərəkətə keçdi

Fici sahillərində sirli bağlamalar tapıldı: Polis hərəkətə keçdi

Fici adalarının sahillərində tərkibində kokain olduğu ehtimal edilən 60-dan çox paket aşkarlanıb.                                    Sun.Az                                   

xəbər verir ki, bu barədə ölkə polisinə istinadən RNZ radiostansiyası məlumat yayıb.                          

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Lau arxipelaqının adalarında 27 bağlama tapılıb. Onlar ölkənin paytaxtı Suvadakı kriminalistika laboratoriyasına müayinə üçün göndərilib. Daha 35 bağlama isə Muniya adası yaxınlığında suyun üzərində üzərkən aşkar edilib. Ötən günlərdə Kadavu adasında içində ağ maddə olan analoji möhürlənmiş paket tapılmışdı. Keçirilən ekspertiza onun tərkibində kokain olduğunu təsdiqləyib. Bundan başqa, səhər saatlarında Kamea adasındakı yaşayış məntəqələrindən birinin yaxınlığında daha bir şübhəli bağlama sahilə çıxıb.

Sahilyanı ərazilərin sakinlərinə şübhəli paketlər tapdıqda dərhal polisə məlumat vermələri və onları özbaşına açmamaları tövsiyə edilib.

May ayında Avstraliya Federal Polisi ilin əvvəlindən Sakit okean regionu ölkələrində hüquq-mühafizə orqanlarının əsasən kokain olmaqla 17 ton qadağan olunmuş maddə müsadirə etdiyini bildirib. Bu göstərici bütün 2025-ci il ərzindəki müsadirə həcmindən üç dəfədən çox olub.

                      

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
68 91 95 68 58 72

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.