Mirası qəbul edən şəxs hansı vergiləri ödəməlidir?
"Vərəsəlik qaydasında miras kimi qəbul edilən əmlak daşınmaz əmlak olduqda, mirası qəbul edən şəxs qanunvericiliyə uyğun olaraq həmin əmlak üzərində mülkiyyət hüququ əldə edir və mülkiyyətçi statusu qazanır".
Bunu Sun.Az
-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, bu status ona yalnız əmlakdan istifadə etmək, ona sahib olmaq və sərəncam vermək hüququ vermir, eyni zamanda müəyyən öhdəliklər də yaradır:
"Həmin öhdəliklər sırasında dövlət qarşısında vergi və digər məcburi ödənişlərin vaxtında və tam şəkildə yerinə yetirilməsi də yer alır. Buna görə də miras yolu ilə əldə edilmiş daşınmaz əmlakın sahibi olan şəxs qanunvericilikdə nəzərdə tutulmuş əmlak vergisini və tətbiq olunduğu hallarda digər vergi öhdəliklərini ödəməlidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmlak üzərində mülkiyyət hüququndan irəli gələn əsas məsuliyyətlərdən biri hesab olunur".






