cabir

cabir Xəbərlər 23-06-2026, 19:30

Türkiyə XİN başçısından İsrailə ittiham

Türkiyə XİN başçısından İsrailə ittiham

İsrail ABŞ və İran arasında aparılan danışıqların pozulması üçün əlverişli məqam gözləyir.                                             Sun.Az                    

xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.                              

Nazir İsraili Vaşinqton və Tehran arasında mümkün razılaşmanın qarşısını almağa çalışmaqda ittiham edib.

"Danışıqlar faktiki olaraq yeni başlayıb və ilkin təmaslar qurulub. Bütün detalları və texniki məsələləri qısa müddətdə həll etmək asan deyil. Müəyyən mərhələlərdə çıxılmaz vəziyyət yarana bilər və biz buna hazır olmalıyıq. Əlbəttə, İsrail də var və o, prosesi ilk fürsətdə pozmaq üçün uyğun an gözləyir", - deyə Fidan vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, ABŞ və İran arasında memorandumun imzalanmasına baxmayaraq, qarşıdakı 60 gün ərzində tərəflər bir sıra mühüm məsələlər üzrə razılığa gəlməlidirlər.

Onun sözlərinə görə, müzakirə olunan əsas mövzular arasında İranın nüvə proqramı və Tehrana qarşı tətbiq edilən sanksiyalarla bağlı məsələlər yer alır.

                            

        

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
101 73 72 101 62 100

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.