Rusiyadan Avropaya xəbərdarlıq: Qarşıdurma riski artır
Avropa Rusiya ilə qarşıdurmada təhlükəli həddə yaxınlaşıb. Sun.Az
xəbər verir ki, bu fikirləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski "The Gaggle" YouTube kanalına müsahibəsində səsləndirib.
Polyanski bildirib ki, Avropa ölkələri davam edən silahlı münaqişəyə daha dərindən cəlb olunmağa çalışırlar. Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Baltik regionunun hava məkanından istifadə etməsinə icazə verilməsi bunun göstəricisidir.
Diplomat qeyd edib ki, tərəflər faktiki olaraq birbaşa qarşıdurma həddinə yaxınlaşıblar.






