Boreç

Boreç Şeirlər 25-06-2026, 19:30

Sözümün üstə

Sözümün üstə

Nə zaman qayıtsan, qapım açıqdır.

Hələ də durmuşam sözümün üstə. 

Sənin yerə düşsə sözün hardasa, 

Mən öpüb qoyaram gözümün üstə.


Otuz yaşayaram, qırxa dolaram.

Sənə dost olaram, arxa olaram. 

Sənin səhvinə də qalxan olaram, 

Qılınc qaldıraram düzümün üstə.


Sənsiz ürək olsam, döyünmərəm, heç,

Sinəmə döymərəm öyünmərəm, heç, 

Ayağa qalxmağı düşünmərəm, heç, 

Görsəm, sən yatırsan dizimin üstə.

            Anar Ramazan

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
104 101 83 83 104 93

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.