Ulyaa

Ulyaa Xəbərlər 28-06-2026, 09:00

Azərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb

Azərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib.

Loading.az xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımından isə 768,4 ton (0,7 %) azdır.

Hesabat dövründə tomat ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,8 %-ni təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
49 72 70 51 57 61

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.