cabir

cabir Xəbərlər 29-06-2026, 18:30

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub.                                  Sun.Az                  

-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib.                     

İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan Raul Rəhimovla mübahisə edib. Mübahisə davaya çevrilib və F.Şabanov üzərində gəzdirdiyi "beşbarmaq" və bıçaqla R.Rəhimova zərbələr endirib. Xəstəxanaya yerləşdirilən R.Rəhimov orada ölüb.

R.Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Şabanov saxlanılaraq istintaqa təhvil verilib.

                           

                    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
70 69 68 72 88 60

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.