cabir

cabir Xəbərlər 30-06-2026, 15:00

NBC ilə Sky telekanalları ayrılır

NBC ilə Sky telekanalları ayrılır

ABŞ-ın Comcast şirkəti media biznesində böyük restrukturizasiya aparacağını açıqlayıb. Şirkət NBCUniversal və Sky aktivlərini ayrıca, müstəqil ictimai şirkətə ayıracaq. Bununla da Comcast-ın media və əyləncə biznesi internet və telekommunikasiya fəaliyyətindən ayrılacaq.                Sun.Az              Associated Press-ə istinadən xəbər verir ki, yeni yaradılacaq NBCUniversal şirkətinin tərkibinə NBC televiziya şəbəkəsi, Universal Studios, Peacock platforması, Bravo, Telemundo, tema parkları və Sky daxil olacaq. Comcast isə əsas diqqətini genişzolaqlı internet, mobil rabitə və digər telekommunikasiya xidmətlərinə yönəldəcək. Ayrılma prosesinin təxminən bir il ərzində başa çatdırılması planlaşdırılır.               

Bu qərarın əsas məqsədi hər iki biznesin müstəqil şəkildə daha çevik idarə olunmasını təmin etmək və sürətlə dəyişən media bazarında rəqabət qabiliyyətini artırmaqdır. Analitiklər hesab edirlər ki, ayrılmadan sonra NBCUniversal potensial satınalma və ya birləşmə hədəfinə çevrilə bilər.

Müəllif: İlkin Məmmədkərimov

                                            

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
89 82 76 54 72 51

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.