NATO baş katibi: Danışıqlar başlamazdan əvvəl Ukrayna gücləndirilməlidir
NATO-nun baş katibi Marko Rutte Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlamazdan əvvəl Alyansın yerinə yetirməli olduğu əsas vəzifədən danışıb. Sun.Az
xəbər verir ki, o, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində bildirib.
Ruttenin sözlərinə görə, NATO-nun əsas vəzifəsi Ukraynanın mümkün qədər güclü mövqedə olmasını təmin etməkdir ki, tərəflər arasında danışıqlar başlayacağı təqdirdə Kiyev üstün mövqedən çıxış edə bilsin.
O əlavə edib ki, Ukrayna münaqişədə müəyyən uğurlar əldə edir. Rutte bildirib ki, ABŞ Prezidenti Donald Tramp da Ağ Evdə onunla görüşü zamanı bunu etiraf edib.






