Ulyaa

Ulyaa Xəbərlər 1-07-2026, 22:30

Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək

Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək

"Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək yerli baytarlıq vaksininin istehsalına başlanılması planlaşdırılır. Bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir".

"Rabisafe" adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun Qubadakı istehsal müəssisəsində hazırlanır. İnşallah, gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçirəcək. Bu məqsədlə, xüsusilə, vəhşi heyvanlar üçün aldadıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan, gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur. Gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların da istehsalı nəzərdə tutulur", - Qoşqar Təhməzli bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
82 89 73 92 78 79

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.