Tramp: İranın nüvəsizləşdirilməsi ilə bağlı danışıqlar yaxşı gedir
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı suala cavab verərkən nüvə proqramı üzrə aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib. Sun.Az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Trampın sözlərinə görə, İranın nüvəsizləşdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş var.
"Danışıqlar yaxşı gedir. Düşünürəm ki, İranın nüvəsizləşdirilməsi çox sadə olacaq", - deyə ABŞ Prezidenti Vaşinqtonun danışıqların nəticəsindən narazı qalacağı təqdirdə İrana mümkün zərbələr endirilməsi ilə bağlı suala cavabında bildirib.
Donald Tramp bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına yol verilməməlidir.






