cabir

cabir Xəbərlər 2-07-2026, 15:30

Ekspert: Rusiyanı yaxın dövrdə mürəkkəb seçimlər gözləyir

Ekspert: Rusiyanı yaxın dövrdə mürəkkəb seçimlər gözləyir

"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin təhlükəsiz hesab edilən ərazilərə daşındığını hiss edir. Bu, həm psixoloji, həm də siyasi baxımdan Kreml üçün ciddi çağırışdır."                                      Sun.Az             

xəbər verir ki, bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.                    

Ekspert qeyd edib ki, Forbes və digər Qərb nəşrlərinin Putinin hakimiyyətinin zəiflədiyi barədə qənaətləri bir neçə amilə əsaslanır. Bunlara müharibənin uzanması, iqtisadi yükün ağırlaşması, beynəlxalq təcridin dərinləşməsi, Ukraynanın uzaqmənzilli zərbələrinin artması və Rusiya elitaları daxilində narazılıq ehtimalı daxildir. Lakin bunlar analitik qiymətləndirmələrdir və Putinin hakimiyyətinin yaxın vaxtlarda mütləq sona çatacağını təsdiqləyən faktlar deyil.

"Hesab edirəm ki, Rusiyanı yaxın dövrdə mürəkkəb seçimlər gözləyir. Kreml ya müharibəni davam etdirmək üçün daha çox resurs səfərbər etməli olacaq, ya da danışıqlar istiqamətində daha praqmatik addımlar atmağa məcbur qala bilər. Hər iki halda ölkənin iqtisadi və siyasi yükü artmaqda davam edəcək.

Mən düşünürəm ki, Rusiyada hakimiyyət dəyişikliyi baş verərsə belə, bu, təkcə Ukraynanın hərbi zərbələrinin nəticəsi olmayacaq. Belə proseslər adətən hərbi uğursuzluqlar, iqtisadi çətinliklər, elita daxilində parçalanma və ictimai narazılığın eyni vaxtda güclənməsi fonunda baş verir. Hazırkı mərhələdə belə risklər barədə danışmaq mümkündür, lakin Putinin hakimiyyətinin yaxın zamanda mütləq sona çatacağını söyləmək üçün kifayət qədər əsas yoxdur.

Əsas görüntü ondan ibarətdir ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr Kremlin toxunulmazlıq görüntüsünü ciddi şəkildə sarsıdır. Bu isə həm Rusiyanın daxili siyasi mühitinə, həm də gələcək sülh danışıqlarının şərtlərinə təsir göstərə biləcək mühüm amillərdən biridir."-deyə, B.Quliyev əlavə edib.

                                                             

                                 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
42 47 49 66 60 45

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.